Milli Məclisin plenar iclasında çıxış edən millət vəkili Fərəc Quliyev Dağlıq Qarabağla bağlı BMT-nin 4 qətnaməsinin tanınması üçün müraciətin lazım olduğunu bildirib.
Modern.az saytı xəbər verir ki, millət vəkili Azərbaycanda hər partiyadan bir nəfər nümayəndənin iştirakı ilə komitə yaradılması təklifini irəli sürüb.
“Burada hakimiyyəti təmsil edən partiyaların çıxardığı məsələlər müzakirə edilsin. Dağlıq Qarabağla bağlı Xarici İşlər Nazirliyinin apardığı işlərlə bağlı dinləmələr keçirilsin. Bir çox ölkələrin parlamentləri digər məsələləri müzakirə edərkən, bizim yalnız Dağlıq Qarabağla bağlı məsələləri müzakirə etməyimiz düz deyil”.
Millət vəkili Ukraynada baş verən proseslərə münasibət bildirərək onun müstəqilliyinin tanınması təklifini irəli sürüb və bildirib ki, Azərbaycan Ukraynanın müstəqilliyini tanımalıdır.
Oqtay Əsədov Fərəc Quliyevə irad tutaraq bildirib ki, onu diqqətli olmağa çağırıb. “Bu gün hər bir kəlmə həssaslıqla qarşılanır. Xahiş edirəm diqqətli olun.
Azərbaycan nə vaxt Ukraynanın müstəqilliyini qəbul etməyib ki ?”.
Gültəkin Ələsgər