Modern.az

İtalyan mafiya başçısı Kolumbiyada tutuldu

İtalyan mafiya başçısı Kolumbiyada tutuldu

Dünya

13 İyul 2025, 00:22

Kolumbiyanın paytaxtı Boqotada beynəlxalq əməliyyat nəticəsində Latın Amerikasında fəaliyyət göstərən məşhur italyan mafiyası "Ndrangheta"nın lideri Cüzeppe Palermon (Pepo) həbs edilib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Qustavo Petro X sosial şəbəkəsində məlumat verib.

 

Dövlət başçısı əməliyyatın Böyük Britaniya, İtaliya və Avropolun əməkdaşlığı ilə həyata keçirildiyini qeyd edib. O, Palermonun 196 ölkədə axtarıldığını və onun əsasən Kolumbiya, Ekvador və Peru kimi ölkələrdən narkotik maddələri Avropaya daşımaqla məşğul olduğunu bildirib.

 

Palermonun yanında daha 21 nəfər mütəşəkkil cinayətkar da həbs edilib. Bu əməliyyat beynəlxalq hüquq-mühafizə orqanlarının narkotik ticarətinə qarşı apardığı mübarizənin daha bir uğurlu addımıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi