Modern.az

Siyavuş Novruzov: “Radikal müxalifət Xocalı soyqırımı ilə bağlı bir tədbir keçirməyib”

Siyavuş Novruzov: “Radikal müxalifət Xocalı soyqırımı ilə bağlı bir tədbir keçirməyib”

25 Fevral 2014, 13:09

Milli Məclisin bugünkü iclasında müzakirələr zamanı çıxış edən millət vəkili Siyavuş Novruzov müxalifət siyasi partiyalarının Xocalı soyqırımı ilə bağlı tədbir keçirməməsi məsələsinə toxunub.
Modern.az saytının xəbərinə görə, YAP-ın icra katibinin müavini deyib ki, bir neçə gündür Xocalı faciəsi ilə bağlı qəzet səhifələrində dünya ölkələrinə müraciətlər edilir, müxtəlif tədbirlər keçirilir:

“Amma nədənsə özünü radikal müxalifət adlandıran siyasi partiyalar bu barədə bir dənə də olsun tədbir keçirməyiblər. Xocalı tək iqtidarın faciəsi deyil. Siyasi baxışlarından asılı olmayaraq hamı zərbəni bir yerə vurmalıdır”.



Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU