Modern.az

Türkiyədə kütləvi zəhərlənmə

Türkiyədə kütləvi zəhərlənmə

Dünya

13 İyul 2025, 12:07

Türkiyənin qərbində yerləşən Aydın vilayətindəki kağız fabrikində təxminən 50 işçi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə DHA agentliyi xəbər verib.

 

"Fabrikdə nahar etdikdən sonra 46 işçi bir müddət sonra qusma və başgicəllənmə şikayətləri ilə xəstəxanalara müraciət edib. Tibbi briqadaların müdaxiləsindən sonra bütün işçilər evə buraxılıb", - agentlik bildirir.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi