“Nurçular” Azərbaycanın təhsil sistemində olmaqla Azərbaycan insanına yaxşı təhsil verilməsi prosesinə xidmət edirlər. Bundan başqa onların iddiaları yoxdur”. Modern.az bildirir ki, bunu Milli məclisin deputatı Zahid Oruc bugünkü iclasda çıxışında deyib.
O bildirib ki, Türkiyənin həyatında müxtəlif siyasi mərhələlər olub. Bunlar başa düşüləndir. “Çünki Türkiyə regional güc sahibidir və qədim dövlətçilik ənənlərinə malikdir. Son dövrlərdə Türkiyənin hazırki siyasi hakimiyyəti ilə vaxtılə bərabər olan Fətullah Gülən və hizmətçilərlə bağlı problemləri sanki Azərbaycanda həyata keçirmək istəyirlər. Bu istiqamətdə medianında çabaları var” Deputat bildirib ki, son günlər guya parlament üzvlərindən “nurçulara” bağlı qüvvələrlərin olduğu iddiaları yaranıb. “Kimlərinsə qara dövriyyələrdən maaş aldığı və mükafatlandırıldığı iddiaları ortalığa atılıb. 20-dən artıq parlament üzvünü bu cür məsələdə əsassız günahlandırmaq, Azərbaycan hakimiyyətinin mühüm bir qolunu kimlərəsə bağlamaq, Türkiyənin müxtəlif bəlli siyasi hadisələri bziim daxilimizə keçirmək, deputatları təşkilatlanmış qüvvə kimi adlandırmaq yalnışdı. Əgər konkret faktlar varsa ortalığa qoysunlar”. Gültəkin Əsgər