Modern.az

Azərbaycanda 21 yaşlı ana üçəm dünyaya gətirdi

Azərbaycanda 21 yaşlı ana üçəm dünyaya gətirdi

25 Fevral 2014, 13:39

Üçəmlərin babası Fədail Həsənovun Modern.az saytına verdiyi məlumata görə, körpələr ötən gecə saat 01.00-da dünyaya gəliblər:

“Daşkəsən rayonundanıq. Körpələrin üçü də oğlandır. Doğuş Bakı Perinetal Mərkəzində baş verib. Birinin çəkisi 2 kq 100 qram, ikincininki 2 kq, üçüncününkü isə 1 kq 650 qramdır. Anasının vəziyyəti yaxşıdır. Xəstəxanadan çıxandan sonra onları saxlamağa dövlətdən kömək istəyirik. Üçəmlərin anası Səidə Həsənova 21 yaşındadır, vəziyyəti yaxşıdır. Bu üçəmlərdən əvvəl də bir qızı olub. Uşaqların atası müəllimdir”.

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi