Modern.az

Deputatdan Xəzərlə bağlı SƏRT ittiham: “Qağayılar artıq suya qona bilmir”

Deputatdan Xəzərlə bağlı  SƏRT ittiham: “Qağayılar artıq suya qona bilmir”

25 Fevral 2014, 13:53

“Nabrandan Lənklərana qədər Xəzər dənizinin sahilindəki obyektlərə və istirahət parklarına nəzər salsaq görərik ki, burada çirklənmiş sular təmizlənmədən dənizə axıdılır. Belə olan halda biz protokolu qəbul etsək də bunun heç bir xeyri olmayacaq”. Modern.az  bildirir ki, bu sözləri parlamentin bu günkü iclasında deputat Fəzail Ağamalı Xəzər dənizinin çirklənmədən qorunması ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Deputat bununla bağlı qəbul olunmuş qanunlara əməl olunmadığını bildirb.

“Bizə verilən nemət bəlaya cevriləcək. Çünki qəbul etdiyimiz qanunlar icra olunmur. Çirklənməni dənizkənarı parkda da görmək olar. Orada hər şey var. Abadlaşdırılmış hissəsində də eyni vəziyyətdir. Qağayılar orada durmadan uçursa deməli cirklənib. Xahiş edirəm imkanlarınızdan və səlahiyyətinizidən istifadə edib cirklənməni dayandırın. Bizim sözlərə, qaldırdacağımız məsələlərə diqqət edən yoxdur. Mən bu protokolu icra olunduğu təqdirdə alqışlayıram”.

 

  Gültəkin Ələsgər

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...