Zeynəb Xanlarovanın Milli Məclisin bugünkü iclasında Nardaranda dəniz boyu çəkilən hasarları tənqid etməsinə deputat həmkarı, Bilgəh bələdiyyəsinin keçmiş sədri Qalib Salahzadə cavab verib.
Modern.az bildirir ki, Q. Salahzadə Z. Xanlarovanın adını çəkdiyi torpaq sahələrinin Nardarana aid olmadığını vurğulayıb.
“Dediyiniz ərazi Nardaran yox, Bilgəh torpaqlarıdır. Bu torpaqların nardaranlılara heç bir aidiyyatı yoxdur. Nardaran və Bilgəh torpaqları bir-birindən ayrıdır. Heç bir bilgəhli icazəsiz gedib Nardaran ərazisində tikinti apara bilməz”.
Deputat dənizboyu hasarların tikilməsinə haqq qazandırıb.
“Həmin imkanlı şəxslər dövlətə pul ödəyərək, torpaq alıblar və istədikləri formada tikili tikiblər”.
Modern.az