Son üç gün ərzində (10.07.2025 - 13.07.2025) günvurma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 4 nəfər müraciət edib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib.
Mərkəz rəsmisinin məlumatına görə, günvurmaya məruz qalanlara ilkin tibbi yardım göstərilib və vəziyyətləri stabilləşdikdən sonra evə buraxılıblar.
Müraciətlər zamanı heç bir ölüm halı qeydə alınmayıb.