Modern.az

Bakıdakı Şəhidlər məscidində şəhidlərin ruhuna Qurani-Kərim oxunacaq

Bakıdakı Şəhidlər məscidində şəhidlərin ruhuna Qurani-Kərim oxunacaq

14 İyul 2025, 14:28

İyulun 15-də Bakıdakı Şəhidliər məscidində Azərbaycanın Tovuz döyüşlərindəki şəhidləri, Türkiyədə 15 iyul çevriliş cəhdi zamanı şəhid olanlar, eyni zamanda Azərbaycanla Türkiyənin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlər üçün Qurani-Kərim oxunacaq. 

Modern.az-ın məlumatına görə, keçiriləcək tədbirə Türkiyə Diyanet İşlər Nazirliyi sədrinin köməkçisi Kadir Dinç, Qurani-Kərimi gözəl oxuma yarışının dünya üzrə birincisi Furkan Çınar, Nərimanov Cümə Məscidinin imamı Araz Abdullayev və Şəhidlər Məscidinin imamı qatılacaq.

Qeyd edək ki, tədbirdə qadınlar üçün də yer ayrılacaq. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü