“Varlılar dənizin içinə girirlər”. Bunu parlamentin bugünkü iclasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib. Modern.az-ın məlumatına görə, o bildirib ki, Azərbaycanın Xəzər dənizi sahilindəki torpaqların işğalına şərait yaradılıb. Nabrandan Astara sərhədinə qədər bu sahillər işğal olunub: “Bir də görürsən ki, 1 km uzunluğunda hasar çəkilib. Ələtə qədər dənizi görmək mümkün deyil. Birinin pulu çox olar, imkanı çox olar. Bu o demək deyil ki, imkandan istifadə edib millətin sərvəti olan dənizi zəbt etməlidir. Əgər onların iştahaları itidirsə, Qobustan təpələri boş qalıb. Gedib orada terraslar və bağlar salsınlar, nə istəyirlər tiksinlər. Amma dənizin içinə girməsinlər. Bu dəniz millətin olmalıdır. Hətta dənizin kənarında olan mayakı uçurmaq istəyirlər. Bu cür öz başınalıq ola bilməz”.
Modern.az