Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan partiyasının son qrup toplantısında Xocalı soyqırımına toxunub. Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, baş nazir çıxışında ermənilərin Qarabağda insanlıqdan kənar soyqırıma imza atdığını qeyd edib. “Sabah 26 fevral Xocalı soyqırımından 22 il keçəcək. Ermənistan qüvvətləri Qarabağda insanlıqdan kənar soyqırımlara imza atıblar. Bunların ən böyüyü isə Xocalıda yaşanıb, 106 qadın olmaqla 83 uşaq, 612 insan şəhid edilib. Qarabağda, Xocalıda həyatlarını itirənlər Azərbaycanın olduğu qədər bizim də övladlarımızdır. Azəri qardaşlarımızın yaşadığı ağrını biz də yaşayırıq. İstanbulda Xocalı soyqırımına etiraz edənlərin irqçi şüarlar atmalarını təəssüflə qınayıram. Qan qanla təmizlənməz, irqçiliyin dərmanı də irqçilik deyil. İrqçi cəhd və ifadələrdən hər kəs çəkinməlidir”.
Aytən ƏLİYEVA