Modern.az

Milli Məclisdə 4 qanun qəbul olundu

Milli Məclisdə 4 qanun qəbul olundu

25 Fevral 2014, 14:52

 

Milli Məclisn 3-cü plenar iclasında 4 qanun layihəsi qəbul olunub. Modern.az xəbər verir ki, iclasda “Xəzər Dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında protokolunun təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılaraq yekdil səslə qəbul olunub. Eyni zamanda “Azərbaycan Respublikası hökuməti və Almaniya Federativ Respublikası hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” sazişin təsdiq edilməsi barədə (2008-2012)” qanun layihəsi qəbul olunub. “Ölkədən getmək, ölkədən gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklər edilməsi məsələləri və “Dəniz limanları haqqında” qanun layihəsi isə ilk oxunuşda təsdiq olunub.

  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...