Türk Jurnalistlər Federasiyası yeni bir qurum – Türk Dünyası Jurnalistlər Federasiyasını yaratmağı planlaşdırır. Modern.az-a açıqlama verən Türk Jurnalistlər Federasiyasının sədri Menderes Demir yeni yaranacaq qurumla bağlı planlarından danışıb: “Türk dünyasının müxtəlif bölgələrində filialı olan bir federasiya qurmaq istəyirik. Federasiyanın mərkəzini Dünya Jurnalistlər federasiyası adı ilə Ankarada qurmuşuq. Bu qurumun adını növbəti il Türk Dünyası Jurnalistlər Federasiyası adı ilə dəyişdirəcəyik. Yeni quruma Orta Asiyadakı 5 cümhuriyyət, muxtar vilayətlər daxil olacaq”.
M. Demirin sözlərinə görə, yayım, yəni istər internet, çap, TV-radio formalarından asılı olmadan hər kəs qurumda təmsil oluna biləcək.“2003-cü ildə Eskişehir Türk dünyası mədəniyyət mərkəzi elan edilib. Bu çərçivədə martın 19-u 22-si Eskişehirdə Türk Dünyası Jurnalistlər konfransını təşkil edəcəyik. Bunu Türk Dünyası Jurnalistlər Şurası edəcək. Konfransa xaricdən 100 jurnalist dostumuzu dəvət edirik, 250 nəfər isə Türkiyədən dəvətlidir. Orada müştərək tədbir keçirəcəyik. Yeni qurumumuzla bağlı planlar hazırlayırıq. Bir ilə, iki ilə təşkilatlana bilmərik. Amma artıq hər bölgədən dostumuz var”.
Misranə Həsənzadə