Modern.az

Azərbaycan millisinin futbolçusu “Fənərbağça”da

Azərbaycan millisinin futbolçusu “Fənərbağça”da

İdman

14 İyul 2025, 22:29

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Peritan Bozdağın yeni klubu bəlli olub.

 

Modern.az xəbər verir ki, 26 yaşlı oyunçu "Fənərbağça"ya keçib. Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Peritan Bozdağ son olaraq "Fatih Vatan"da çıxış

edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı