Modern.az

“Boz qurdlar” bələdiyyə seçkilərində iştirak etməyəcək

“Boz qurdlar” bələdiyyə seçkilərində iştirak etməyəcək

25 Fevral 2014, 15:15


“Seçkilərlə bağlı bütün işləri funksionerlərin öhdəsinə buraxmışam. İstəsələr, bələdiyyə seçkilərində iştirakla bağlı qərar verə bilərlər. Bizim rayonlarda güclü təşkilatlarımız var. Hiss edirəm ki, bəziləri seçkidə iştirak etməyin tərəfdarıdır. Təbii ki, onlara dəstək verəcəyik. Biz də demoratik partiyayıq, kim istəsə, iştirak edə bilər. Amma çox güman ki, partiya şəklində iştirak etməyəcəyik”.

Bunu Modern.az-a Azərbaycan Milliyətçi Demokrat Partiyası (AMDP) Təşkilat Komitəsinin sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidov deyib. O, 2015-ci ildə keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərarın hələ verilmədiyini qeyd edib: “Parlament seçkilərinə xeyli müddət var. Ona görə bu məsələ müzakirə mövzusu deyil. Yəni, hansısa partiya ilə danışıqlar aparmırıq. Seçkilərə qədər durulma gedəcək, o zaman hamının mövqeyi bilənəcək. Müsavat bizə yaxın partiyadır. İsa bəy və mən bu fikirdəyik ki, seçkilərdə birlikdə iştirak edək. Öz partiyamızda deputatlığa iddialı 6-7 nəfər var. Həmin şəxslərin mövqeləri kifayət qədər güclüdür. Seçkilərə qədər qərar verəcəyik”.

 

  İlkin  
Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU