Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin cinayət məsuliyyətinə cəlb olunması və axtarışa verilməsi ilə bağlı iş Kiyevin Peçerski məhkəməsindədir. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, məhkəmə bu gün həmin işlə bağlı qərar çıxarmalıdır. Ali Radanın sədr müavini Ruslan Koşulinskinin sözlərinə görə, Yanukoviç haqda işin məhkəməyə göndərilməsi haqda məlumatı ona Ukraynanın baş prokuroru verib.
Modern.az