Modern.az

Türkiyə parlamentinə Xocalı soyqırımının tanınması ilə bağlı sənəd təqdim edilib

Türkiyə parlamentinə Xocalı soyqırımının tanınması ilə bağlı sənəd təqdim edilib

Təhsil

25 Fevral 2014, 16:25

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) MHP-dən olan millət vəkili, Türkiyə - Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri, Türkiyə-Azərbaycan dərnəyinin sədri Sinan Oğan  Xocalı soyqırımının 22-ci ildönümü ilə baglı bəyanat yayıb. 

Modern.az-ın məlumatına görə, bəyanda bildirilir ki, Azırbaycanın Xocalı qəsəbəsində tək günahları müsəlman və türk olan 106-sı qadın, 83-ü uşaq, ümumilikdə 603 nəfər qətl edilib. 

“Yaşanan bu vəhşilik zamanı ermənilər böyük-kiçik demədən hər kəsi öldürüb. Xocalıda axan qan hələ qurumayıb. Azərbaycan türklərinə qarşı edilən bu soyqırımı aktını unutmamışıq. Xocalıda insanlıq yerin dibinə girib. Vicdan və mərhəmət hissi itirilib”.

Millət vəkili vurgulayıb ki, Xocalı soyqırımı tarixi bir hadisə deyil və 22 il əvvəl yaşanmış soyqırımıdır. Sinan Oğan Xocalının soyqırımı kimi tanınması üçün TBBM sədrinə təklif sənıdi hazırlayıb verdiklərini vurgulayıb. 

“Ümid ediirk ki, Millət Məclisi  təklifimizi qəbul edərək, hadisəni soyqıırmı kimi tanıyacaq. Beynəlxalq arenanın bu faciəyə göz yumduğu bir dünyada Xocalını soyqırımı kimi tanımaq Türkiyənin boynunun borcudur. İnanırıq ki, Xocalıda yarımçıq qalan Azan bir gün Qarabağın işğal olunmuş hər qarışında səslənəcək. Yalnız bundan sonra Xocalının acısı dinlənər. Millət vəkilləri olaraq bu faciəni qınayırıq və inanırıq ki, Xocalı soyqırımı ilə bağlı təklifimiz məclisimiz tərəfindən qəbul ediləcək”.  

Qeyd edək ki, hazırda İstanbulda Xocalı həftəsi keçirilir. Bir çox unversitetlərin Azərbaycan və Türk tələbələri müxtəlif tanıtım aksiyaları keçırirlər.

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil