Modern.az

Kliçko namizədliyini irəli sürdü: “Mən Ukrayna prezidenti olmaq istəyirəm”

Kliçko namizədliyini irəli sürdü: “Mən Ukrayna prezidenti olmaq istəyirəm”

Təhsil

25 Fevral 2014, 16:34


“UDAR” fraksiyasının lideri Vitali Kliçko Ukrayna prezidentliyinə namizədliyin i irəli sürəcəyini təsdiqləyib. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, o özü haqda jurnalistlərə açıqlama verib:

“Mən Ukrayna prezidentliyinə namizədliyimi irəli sürmək niyyətindəyəm. Ona görə ki, Ukraynada oyun qaydalarını tamamilə dəyişmək lazımdır. Mən bilirəm ki, bunu necə etmək lazımdır”.

Kliçko eyni zamanda qeyd edib ki, yeni hökumətdə təmsil olunmaq fikri yoxdur.

Xatırladaq ki, bu gün Ukraynada növbədənkənar prezident seçkiləri kampaniyası başlayıb.

Namizədlərin irəli sürülməsi prosesi martın 30-dək davam edəcək. Prezident seçkiləri mayın 25-nə təyin olunub.

Vitali Kliçkodan başqa Maydanın ən fəallarından biri və tanınmış biznesmen, “5-ci kanal”ın sahibi Pyotr Poroşenkonun, “Batkivşina” parlament fraksiyasının lideri Arseniy Yatsenyukun və “Azadlıq” partiyasının rəhbəri Oleq Tyaqnibokun da prezidentliyə namizədliklərini irəli sürəcəkləri ehtimal olunur.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil