Modern.az xəbər verir ki, prezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama görə, 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulmuş məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırığı verilib.
Modern.az