Azərbaycan Prezidenti İlham Əliyev Akif Əlizadənin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında elmin inkişafı və təşkili sahəsində səmərəli fəaliyyətinə, yüksək ixtisaslı elmi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə Akif Ağamehdi oğlu Əlizadə "İstiqlal" ordeni ilə təltif edilsin.
Qeyd edək ki, alademik Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir. Bu gün onun 80 yaşı tamam olub.
Modern.az