Modern.az

Morninqstar Xocalı soyqırımı ilə bəyanat verib

Morninqstar Xocalı soyqırımı ilə bəyanat verib

Təhsil

26 Fevral 2014, 10:50


ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Xocalının anım günü” ilə bağlı bəyanat verib. Modern.az-ın məlumatına görə bəyanatda ABŞ-ın Minsk Qrupunun həmsədri kimi sülhə nail olmaq üçün tərəflərlə birgə işləməyə sadiq qaldığı bildirilib:

“Biz Xocalı faciəsinin bütün azərbaycanlılar üçün böyük ağrı-acı olduğunu anlayırıq. İstənilən insan itkisi faciədir və Ermənistanla Azərbaycan arasında müharibədə hər iki tərəfdə baş vermiş insan itkiləri Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilə bilməyəcəyini bizə bir daha xatırladır. Yalnız uzunmüddətli və dinc həll yolu regiona sabitlik, rifah və barışıq gətirə bilər. Amerika Birləşmiş Ştatları Minsk Qrupunun həmsədri kimi sülhə nail olmaq üçün tərəflərlə birgə işələməyə sadiqdir”-deyə bəyanatda qeyd olunur.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil