Modern.az

Azərbaycan Amerika Alyansı növbəti dəfə Xocalı tanıtım kampaniyasına imza atdi

Azərbaycan Amerika Alyansı növbəti dəfə Xocalı tanıtım kampaniyasına imza atdi

Təhsil

26 Fevral 2014, 10:15

“ABŞ-da belə bir aksiyanın keçirilməsi həqiqətin olduğu kimi tanıdılması üçün son dərəcə əhəmiyyətlidir”

Oxu.az saytının xəbər verdiyi kimi, Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə Amerika Birləşmiş ştatlarında hər il “Xocalı.. Azərbaycana qarşı bəşər faciəsi” başlığı altında keçirilən tanıtım kampaniyası bu il də qarşısına qoyduğu məqsədə çatmağa müvəffəq oldu. “Alyans yarandığı ildən etibarən hər il ABŞ-da Xocalı soyqırımı tanıtım kampaniyası keçirir. Hər dəfə də biz bu faciənin insanlara daha geniş, daha operativ, daha məzmunlu şəkildə tanıdılmasına çalışırıq, bunun üçün müxtəlif üsullar fikirləşirik. Sözsüz ki, ABŞ kimi nəhəng, rəngarəng, həm siyasi, həm coğrafi baxımdan mühüm ölkədə belə bir aksiyanın keçirilməsi həqiqətin olduğu kimi tanıdılması üçün son dərəcə əhəmiyyətli və effektivdir.  Sorğular, baxış sayları və statistika onu göstərir ki, Alyansın həyata keçirdiyi kampaniya amerikalıların diqqətini cəlb edə bilib. Ən azı onlar 22 il bundan öncə Azərbaycana, Xocalının dinc sakinlərinə qarşı edilmiş amansızlıqlardan və baş vermiş bəşəri cinayətdən xəbər tuta bilirlər.  Hesab edirəm ki, həyata keçirdiyimiz kampaniya Xocalı soyqırımının dünya miqyasında tanınmasına və qətliamın əsl miqyasının ölçülərək ədalətli qərar verilməsinə kömək edəcək. Bu məqsədlə biz bu il həm də müxtəlif xalqların nümayədələrinin iştirakı bir çarx da çəkdik. Onların bir neçə dildə Xocalı soyqırımına, bu faciəyə olan münasibətini lentə aldıq. Zənnimcə, bütün dünya azərbaycanlılarının paylaşmalı, geniş yaymalı olduğu bir çarxdır. Tarixi həqiqətləri olduğu kimi çatdırmaq üçün hər birimiz çalışmalıyıq ” - deyə Alyansın təsisçisi Anar Məmmədov oxu.az saytına bildirib.

Qeyd edək ki, sözügedən çarx ABŞ-da lentə alınıb. Müxtəlif xalqların, irqlərin nümayəndələri könüllü olaraq  bu çarxda rol almaq istədiklərini bildirmişdilər. Fərqli  sahələrdə çalışan bu insanlar hərəsi öz ana dilində Xocalı faciəsinin hüznünə şərik olduqlarını ifadə ediblər.

     



Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil