Modern.az

Ermənistan İranla Zəngəzur dəhlizini müzakirə etdi

Ermənistan İranla Zəngəzur dəhlizini müzakirə etdi

Dünya

17 İyul 2025, 15:56

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirlib ki, söhbət zamanı tərəflər Ermənistan və İran arasında ikitərəfli əməkdaşlıq gündəliyinə dair məsələləri müzakirə ediblər.

Qriqoryan ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsiplərinə əsaslanaraq regional kanalların (Zəngəzur dəhlizi-red.) açılması məsələsində Ermənistanın mövqeyini təqdim edib. Öz növbəsində Əhmədian kommunikasiyaların  açılması məsələsində İranın mövqeyini təsdiqləyib və İrəvanın mövqeyini dəstəklədiyini bildirib.

Ən son regional hadisələr də müzakirə edilib, regionda təhlükəsizlik və sabitliyin qorunmasının vacibliyini vurğulanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi