Dünyanın ən yaşlı dövlət başçısı olan Kamerun prezidenti Paul Biya oktyabrda keçirilən seçkilərdə yenidən namizədliyini irəli sürəcəyini açıqlayıb.
Modern.az-ın məlumatıma görə, 92 yaşlı prezident daha bir müddət vəzifədə qalmaq istəyir.
"Qarşılaşdığımız problemlərin aktuallığı xidmət etmək əzmimlə uyğun gəlir, əmin olun", - 43 ildir hakimiyyətdə olan Biya namizədliyini belə açıqlayıb.
1982-ci ildən hakimiyyətdə olan Biya heç vaxt seçkilərdə məğlub olmayıb. Seçkidə qalib gəlsə, daha 7 il hakimiyyətdə olacaq və 100 yaşında yaxın dövləti idarə edəcək.