“İran Azərbaycan xalqının Xocalı faciəsinin acısına şərik çıxır. İran istənilən kəs və ya dövlət tərəfindən törədilən istənilən qətliamını pisləyir”.
Bunu APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Xocalı soyqırımı ilə bağlı fikirlərini bildirərkən deyib.
Səfir bildirib ki, İran parlamenti Xocalı soyqırımını müzakirəyə çıxarmağı planlaşdırır: “Ötən il sentyabrın sonunda iki ölkənin parlamentlərarası dostluq qrupları Xocalı hadisələri ilə bağlı mövqeyini əks etdirəcək məktub hazırlamaq və onu İran parlamentinə təqdim etmək barədə razılığa gəlib.
Modern.az