Ukrayna paytaxtında fevralın 18-də etiraz edənlərlə güc strukturları arasındakı qarşıdurma nəticəsində təcili yardım üçün səhiyyə müəssisələrinə 780 nəfər müraciət edib, onların 520 nəfəri xəstəxanalara yerləşdirilib. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd edilir ki, təkcə son bir sutka ərzində tibbi yardım üçün müraciət edən 56 nəfərdən 31-i xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, bu hadisə zamanı 82 nəfər həlak olub.
Modern.az