Modern.az

“Nə oldu, Paşinyan?” mahnısının ifaçısı HƏBS EDİLDİ

“Nə oldu, Paşinyan?” mahnısının ifaçısı HƏBS EDİLDİ

18 İyul 2025, 12:17

Müğənni Elçin Göyçaylı həbs olunub.

Modern.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.

Araşdırma zamanı onun sərxoş halda avtomobil idarə edərək manevr qaydalarını pozduğu müəyyənləşib.

Müğənniyə 15 gün müddətinə inzibati həbs cəzası verilib.

Qeyd edək ki, E.Göyçaylı bir neçə mahnının müəllifidir. O, daha çox “Nə oldu, Paşinyan?” ifası ilə məşhurdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular