Modern.az

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Xocalı qurbanlarının xatirəsini yad edib

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Xocalı qurbanlarının xatirəsini yad edib

Təhsil

26 Fevral 2014, 12:39


 Xocalı şəhərində baş vermiş soyqırımın 22-ci ildönümü ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İyad bin Amin Mədəni 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər nəticəsində həyatını itirmiş günahsız insanların xatirəsini yad edib. XİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə baş katib Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının Xocalı Soyqırımının törədilməsinə zəmin yaratdığını qeyd edib. Həmçinin o, 2013-cü ildə Qvineyanın paytaxtı Konakri şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 40-cı iclası zamanı qəbul edilmiş və Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan əhalisinə qarşı törədilmiş qətliamı insanlığa qarşı cinayət kimi tanıyan Qətnaməyə istinad edib. İyad bin Amin Mədəni Azərbaycan Respublikası tərəfindən öz ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası naminə həyata keçirdiyi təşəbbüs və səylərin İƏT tərəfindən  tam şəkildə dəstəkləndiyini bir daha bəyan edib. Həmçinin İyad bin Amin Mədəni Xocalı Soyqırımı zamanı həyatını itirmiş şəxslərin yaxınlarına dərin hüznlə başsağlığı verib.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil