Modern.az

Təhsil Nazirliyi: Yekun attestasiyası qaydaları işlənib hazırlanıb

Təhsil Nazirliyi: Yekun attestasiyası qaydaları işlənib hazırlanıb

Təhsil

26 Fevral 2014, 12:55


“Təhsilalanların biliyinin attestasiyası, o cümlədən də yekun attestasiyası qaydaları işlənib hazırlanıb”. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Facebook səhifəsində vətəndaşların sualları cavablandırarkən qeyd edilib.

Qeyddə bildirilib ki, həmin qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Eyni zamanda vurğulanıb ki, dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin tabeliyində olan dövlət ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi və bərpası tabe olduqları dövlət qurumunun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Bununla yanaşı, Təhsil Nazirliyinin 194 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ına görə, ali təhsilin bakalavriat səviyyəsində tələbələrin ixtisasını və (və ya) təhsilalma formasını dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi birinci semestr başa çatdıqdan sonra həyata keçirilir.

Köçürülmə zamanı təhsilalma formasının dəyişməsi ilə fənlər arasında akademik borcların yaranması məsələsinə də aydınlıq gətirilib. Nazirlikdən bildirilib ki, köçürülmə zamanı təhsilalma forması dəyişdiyi üçün tədris planlarında fənlər üzrə yaranan akademik fərqlər altqruplarda təhsil almaqla aradan qaldırılmalıdır.

 

  Aytən ƏLİYEVA  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil