İyulun 18-də Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı təşkil edilib.
Bu barədə Modern.az-a Nazirlikdən bildirilib. Hərracın nəticələrinə əsasən, xəzinə hesabının 500,0 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən üç bankında 28 gün müddətinə, 7.25% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Qeyd edilib ki, hərracların keçirilməsində məqsəd dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunmasıdır.