Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

26 Fevral 2014, 13:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, fevralın 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 6-10 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da fevralın 27-də hava əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 1-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

 

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil