Modern.az

Gimnastlarımız qızıl medal qazandılar - FOTOLAR

Gimnastlarımız qızıl medal qazandılar - FOTOLAR

İdman

19 İyul 2025, 09:00

Almaniyada keçirilən 32-ci Ümumdünya Yay Universiadasında bədii gimnastika üzrə qrup hərəkətləri komandamız qızıl medal qazanıb.

Modern.az xəbər verir ki, Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova və Güllü Ağalarzadə üç top və iki halqa ilə çıxış ediblər. Qızlar 26.350 bal toplayıb və yekun nəticədə 50.500 xalla Universiadanın qalibi olublar.

Qeyd edək ki, bu, yarışlarda ölkəmizin ilk medalıdır. Həmçinin, Universiadalar tarixində komanda yarışlarında gimnastlarımızın ilk uğurudur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı