Modern.az

Dünya liderləri İlham Əliyevdən çox şeyi öyrənə bilər

Dünya liderləri İlham Əliyevdən çox şeyi öyrənə bilər

Aktual

19 İyul 2025, 14:36

Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər, Zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.

Modern.az Trend-ə istinadən bildirir ki, bunu rusiyalı politoloq, Rusiya Federasiyası Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov “Rəqəmsal transformasiya: Süni intellekt dövründə informasiya və medianın dayanıqlığının gücləndirilməsi” mövzusuna həsr olunmuş 3-cü Şuşa Qlobal Media Forumu ərəfəsində jurnalistlərə deyib.

“Azərbaycan Prezidenti İlham Əliyev bütün Qarabağ üzərində nəzarəti tam bərpa etməyə və əraziləri azad etməyə nail oldu. Bu baxımdan, digər liderlər onun nümunəsindən dərs ala, zəfərin sirrini anlaya bilərlər. O, çox təcrübəli və ağıllı rəhbərdir”, – deyə Markov vurğulayıb.

Qeyd edək ki, III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən, 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı gözlənilir. Forum iştirakçıları arasında xarciri media nümayəndələri ilə yanaşı, Azərbaycan KİV nümayəndələri, ekspertlər və rəsmi şəxslər də yer alır.
Açılış mərasimindən sonra forum işini sessiyalarla davam etdirəcək.

Forum iyulun 21-ə kimi davam edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi