Modern.az

Müəllimlər İnstitutunun 4 filialının müəllim və tələbələrinin taleyinə aydınlıq gətirildi

Müəllimlər İnstitutunun 4 filialının müəllim və tələbələrinin taleyinə aydınlıq gətirildi

26 Fevral 2014, 15:07

Modern.az saytının məlumatına görə Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) bağlanacaq filiallarında çalışanların işlə təmin olunması məsələsinə aydınlıq gətirib. Nazirliyin rəsmi Facebook səhifəsində bildirilib ki, AMİ-nin filialları bağlanacağı halda, orada fəaliyyət göstərən işçilərin işlə təmin olunması məsələsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun həll ediləcək.

Təhsil Nazirliyi AMİ-nin Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarında oxuyan tələbələrin təhsilini bu məktəblərdə davam etdirib-etdirməyəcəyi ilə bağlı məlumatlara da aydınlıq gətirib.
Nazirlik bildirib ki, həmin filiallara 2014-2015-ci tədris ili üçün tələbə qəbulu planlaşdırılmasa da, onlarda hazırda təhsil alan tələbələr təhsili sonadək davam etdirəcəklər.

AMİ-nin tələbə qəbulu dayandırılmış filiallarında təhsil alan, alt qruplardan kəsri qalan tələbələr üçün həmin filiallarda akademik borclar olan fənnlər üzrə dərslər də təşkil olunacaq.

Xatırladaq ki, Təhsil Nazirliyi 2014-2015-ci tədris ilində AMİ-nin Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarına tələbə qəbulunun aparılmayacağını bəyan edib.

Misranə Həsənzadə 

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil