Modern.az

Goranboy rayonunda Xocalı faciəsinin 22-ci ildönümü qeyd edildi

Goranboy rayonunda Xocalı faciəsinin 22-ci ildönümü qeyd edildi

26 Fevral 2014, 13:20

Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar bu gün Goranboy rayonunda ümumrayon anım mərasimi keçirilib. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində rayon mərkəzindəki “Xocalı soyqırım” abidəsi ziyarət edilib, abidəönünə gül-çiçək dəstələri qoyulub. Daha sonra tədbir Goranboy rayon Mədəniyyət evinin kollektivinin tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil