Modern.az

Azərbaycanlı deputatlar Berlində aksiya keçirib

Azərbaycanlı deputatlar Berlində aksiya keçirib

26 Fevral 2014, 18:16

Modern.az xəbər verir ki, Almaniyanın paytaxtı Berlində Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı aksiya keçirilib. Aksiya yerli vaxtla saat 2-də başlayıb. Burada Azərbaycanlı gənclər, tələbələr, idmançılar, diaspora nümayəndələri və Azərbaycanın üç millət vəkili Rauf Əliyev, Siyavuş Novruzov, Asəf Hacıyev iştirak edib.

Diaspora Komitəsinin və səfirliyin nümayəndəsinin iştirakı ilə baş tutan aksiya zamanı Berlində Xocalı abidəsi önünə gül dəstələri qoyulub. Almaniya-Azərbaycan mədəniyyət evində Xocalı faciəsinin qurbanlarına ehsan verilib.

 

 

  Modern.az  
Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil