Modern.az

"Neftçi" bu gün növbəti matçını keçirəcək

"Neftçi" bu gün növbəti matçını keçirəcək

İdman

22 İyul 2025, 09:32

Təlim-məşq toplanışını Polşada davam etdirən "Neftçi" bu gün növbəti yoxlama matçını keçirəcək.

Modern.az xəbər verir ki, Bakı klubu yerli "Termalika" komandası ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 13:30-da “Sportovi novini” stadionunda başlayacaq. Samir Abasovun baş məşqçisi olduğu kollektiv toplanış çərçivəsindəki ilk görüşdə "Hapoel" (Təl-Əviv, İsrail) ilə heç-heçə oynayıb - 1:1.

Qeyd edək ki, "Neftçi" növbəti yoxlama görüşlərini Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) klublarına qarşı keçirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım