Rusiya dünyadakı hərbi bazalarının sayını artırmaq niyyətindədir. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat verib. Onun sözlərinə görə Rusiya bununla bağlı Vyetnam, Kuba, Venesuela, Nikaraqua, Şeyşel adaları və Sinqapurla müzakirə aparır. Müdafiə naziri bildirib ki, Rusiya məsələ ilə əlaqədar sənədləri imzalamağa yaxındır. S. Şoyqu Rusiya hərbi gəmilərinin anlaşmaya imza atacaq ölkələrin limanlarına girişinin asanlaşdırılması istiqamətində də müzakirələrin getdiyini söyləyib.
Modern.az