Modern.az

"Qalatasaray" “Çelsi”ni sevinməyə qoymadı

"Qalatasaray" “Çelsi”ni sevinməyə qoymadı

27 Fevral 2014, 01:45


Fevralın 27-nə keçən gecə Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Modern.az-ın məlumatına görə, azərbaycanlı azarkeşlərin də böyük maraqla gözlədiyi oyun İstanbulda baş tutub. Burada yerli "Qalatasaray" İngiltərənin "Çelsi" klubunu qəbul edib.
Gözlənildiyi kimi, ingilislər oyuna sürətlə başlayaraq, 8-ci dəqiqədə Torresin qolu ilə irəli çıxıblar – 0:1. Lakin ikinci hissəsə oyunu ələ alan “Qalatasaray” 65-ci dəqiqədə Şedjunun qolu ilə hesabı bərabərləşdidib – 1:1. Oyun bu hesabla da başa çatıb.

Digər qarşılaşmada Madrid "Real"ı səfərdə Almaniyanın "Şalke" klubu ilə üz-üzə gəlib. Bu oyunda ispanlar darmadağına imza atıblar – 1:6.

"Qalatasaray" (Türkiyə) - "Çelsi" (İngiltərə) - 1:1 
"Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)- 1:6


"Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:4
"Olimpiakos" (Yunanıstan) - "Mançester Yunayted" (İngiltərə) - 2:0
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil