Modern.az

İnflyasiya neçə faiz olacaq? - Proqnoz YENİLƏNDİ

İnflyasiya neçə faiz olacaq? - Proqnoz YENİLƏNDİ

İqtisadiyyat

23 İyul 2025, 10:06

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci il və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağını proqnozlaşdırır.

Modern.az AMB-yə istinadən xəbər verir ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3% olacağı gözlənilir.

“Cari ildə inflyasiya proqnozunun davamlı olaraq hədəfdə qalması və valyuta bazarında sabitliyin davam etməsi pul siyasətinin yumşaldılması üçün zəmin yaradır” - məlumatda qeyd edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular