Bu gün Milli Məclisdə Ombudsman hesabat verəcək.
Bu barədə Modern.az-a açıqlama verən Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, plenar iclasın gündəliyinə 5 məsələ daxil edilib. Bunlar “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, yəni Ombudsmanın illik məruzəsi haqqında” sənəd, “Azərbaycan Respublikası hökuməti və Polşa Respublikası hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi, Azərbaycan Respublikasının Ticarət Gəmiçilik Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Akkreditasiya haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
Aytən ƏLİYEVA