Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların artıq imtahan buraxılış vəsiqələrini əldə edə bilərlər. Tələbə qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-a verilən məlumata görə, bakalavrlar TQDK-nın rəsmi internet saytına daxil olaraq iş nömrəsi və şifrinizdən istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqi”ni çap edə bilərlər.
İş nömrəsi və şifrini itirmiş bakalavrlar ödəmə kartını aldığını telefon nömrəsindən 2 yazıb 7745 nömrəsinə göndərməlidir.
Ödəmə kartını internet ödəmə vasitəsi ilə əldə edib sonradan həmin iş nömrəsi və şifri itirən bakalavrlar Bakı şəhərində TQDK-nın əsas binasına (H. Əliyev küç, 17) yaxınlaşmalıdır. Regionlarda yaşayanlar vətəndaşlar isə qeyd etdiyimiz məsələ ilə bağlı TQDK-nın regional bölmələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, imtahana gələrkən “Bakalavrın imtahana buraxılış vərəqi”ni və şəxsiyyət vəsiqəsinin əslini mütləq özünüzlə gətirməlisiniz.
Aytən Əliyeva