Modern.az

“Qarabağ”dan möhtəşəm QƏLƏBƏ

“Qarabağ”dan möhtəşəm QƏLƏBƏ

İdman

24 İyul 2025, 01:02

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” II təsnifat mərhələsində ilk oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İrlandiyanın “Şelburn” kollektivinin qonağı olub.

 

Dublində yerləşən “Tolka Arena”da keçirilən görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarına 13-cü dəqiqədə Leandro Andrade, 80-ci dəqiqədə Aleksey Kaşuk, 85-ci dəqiqədə Nəriman Axundzadə imza atıb.

 

Komandalar arasında cavab qarşılaşması iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək