Modern.az

Evlənməməyimizin başqa səbəbi yoxdur - PAŞİNYAN

Evlənməməyimizin başqa səbəbi yoxdur - PAŞİNYAN

Dünya

24 İyul 2025, 08:30

Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla niyə rəsmi nikaha daxil olmadığını açıqlayıb.

Modern.az bu barədə “news.am”a istinadən xəbər verir.

O qeyd edib ki, 1990-cı illərdə müxalif siyasətlə məşğul olub, buna görə həbs təhlükəsi ilə yaşayıb və buna görə həyat yoldaşı ilə  rəsmi nikaha daxil olmayıb:

“Mən yalnız bir səbəbdən evlənməmişəm – ailəmi qorumaq üçün. Aldığımız ev Annanın adına rəsmiləşdirilib, baxmayaraq ki, onu birlikdə almışıq. Mənə nə edəcəklərini başa düşürdüm. Və ən azı övladlarımın yaşayacağı yerin olmasını istəyirdim. Evlənməməyimizin başqa səbəbi yoxdur”.

Xatırladaq ki, Paşinyan ötən il Anna ilə rəsmi olaraq evli olmadığını açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış