“Bir neçə dəfə Ukrayna parlamentinin rəhbərliyi ilə əlaqə saxlamağa cəhd etmişəm. Amma bütün cəhdlər baş tutmayıb”. Bunu Modern.az-a Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlər arası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov deyib.
Deputat bildirib ki, Azərbaycanın Ukraynadakı səfirliyi və Ukraynanın Azərbaycandakı diplomatik nümayəndəliyi vasitəsilə dəfələrlə görüş təşkil olunması istənilib.
“Ancaq Ukraynada çox böyük qarışıqlıq olduğundan Ali Rada ilə heç cür əlaqə saxlaya bilmirik. Mütəmadi olaraq Azərbaycan diasporu təşkilatın rəhbəri və səfirimiz Eynulla Mədətli ilə əlaqə saxlayıb Ukraynadakı vəziyyəti, oradakı soydaşlarımızın durumunu öyrənirəm. Proseslərdən xəbərim var. Amma vəziyyət çox gərgindir. Ona görə də konkret proqnozlar vermək hələ tezdir”.
Aqşin Kərimov