Modern.az

Füzulidəki yanğın nəzarətə götürüldü

Füzulidəki yanğın nəzarətə götürüldü

Aktual

24 İyul 2025, 11:04

Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Modern.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir. Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi