Modern.az

Arif Babayevin vəziyyəti ciddi ağırdır - AÇIQLAMA

Arif Babayevin vəziyyəti ciddi ağırdır - AÇIQLAMA

Ölkə

25 İyul 2025, 09:19

Xəbər verdiyimiz kimi, vəziyyəti ağırlaşan Xalq artisti Arif Babayev təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıda yerləşən Mərkəzi Klinik Xəstəxanasına gətirilib.

Modern.az Xalq artistinin son durumunu öyrənmək üçün Mərkəzi Klinika ilə əlaqə saxlayıb.

Xəstəxanadan bildirilib ki, Arif Babayev dünən axşam saatlarında Mərkəzi Klinikaya müraciət edib.

"Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir. Hal-hazırda reanmasiya şöbəsində müalicəsi davam edir", - açıqlamada qeyd olunub.


 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular