Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Rusiya ərazisində olduğu haqda məlumat yayılıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu haqda RBK agentlyi Rusiyanın ən iri iş adamlarından birinə istinadən xəbər yayıb. Yüksək vəzifəli məmur onu da təsdiqləyib ki, Ukraynanın devrilmiş prezidenti Rusiya prezidenti işlər idarəsinin sanatoriyasında məskunlaşıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə jurnalistlərin Yanukoviçin Moskva ətrafında olması ehtimalı haqda sualına cavabında deyib ki, bu haqda heç bir məlumatı yoxdur. RBK-nın məlumatınsa görə, Yanukoviç Moskvaya fevralın 25-də axşam gəlib. Onu “Radisson Royal” (keçmiş “Ukrayna”) hotelində görüblər, keçmiş prezident oradan Barvixaya, kliniki sanatoriyaya gedib.
Modern.az