Modern.az

Ovçular Cəmiyyətinə alternativ “hərbi təşkilat” yaradıldı: “Etiraz yoxdur”

Ovçular Cəmiyyətinə alternativ “hərbi təşkilat” yaradıldı: “Etiraz yoxdur”

27 Fevral 2014, 13:36

Azərbaycanda “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsi və strukturu təsdiq edilib. Nazirlər Kabinetindən Modern.az-a verilən məlumata görə, bu cəmiyyət Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində yaradılıb.

Cəmiyyətin əsas məqsədi ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkilində və idarə edilməsində iştirak etməkdir. Bu cəmiyyət “Xidməti və mülki silah haqqında”, “Ovçuluq haqqında” qanunlarla müəyyən edilmiş qaydada ov silahını, atıcılıq sursatını, ovçuluq-balıqçılıq ləvazimatını, idman inventarını və digər ovçuluq əşyalarını almaq və satışını, həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov alətlərinin (ov silahı və onun üçün sursat istisna olmaqla) istehsalını təşkil edə bilər. bundan başqa, ona təhkim olunmuş ərazilərdə brakonyerliyin qarşısını almaq üçün tədbirlər həyata keçirə, təbii fəlakət və digər səbəblər nəticəsində Cəmiyyətin istifadəsində olan ərazilərdə dağılmış və ya məhv olmuş ovçuluq təsərrüfatlarını bərpa edə bilər. Cəmiyyətin ovçuluq təsərrüfatında vəhşi heyvanların təbii və süni artırılmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşdırılmasına yönəldilən kompleks tədbirlərdə, ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında heyvanlar aləmi obyektlərindən istifadə üzrə müəyyən olunmuş qaydalara, normalara, limitlərə və müddətlərə əməl edilməsində iştirak etmək səlahiyyəti var. Yeni qurum əsas məqsədinə uyğun olaraq Azərbaycanın qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər.

Xüsusi Dövlət Mühafizə Xidmətindən Modern.az-a bildirdilər ki, yeni yaradılan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətin tərkibində yalnız keçmiş hərbiçi ovçular olacaq.

Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinin sədri Füzuli Əşrəfov isə alternativ quruma verilən hüquq və səlahiyyətlərdən şikayətçi deyil.
“Hərbi Ovçular İttifaqı” dövlət xidməti tərkibindədir və ona verilən hüquqlardan Ovçular və Balıqçılar Cəmiyyətinin də gələcəkdə yararlanması mümkündür. Odur ki, yeni yaradılan “Hərbi Ovçuluq İttifaqı”a etiraz etmirik. İnanıram ki, onunla əlbir işləyəcəyik”.

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil